ABŞ-da məhkəmə qarşısına çıxarılan Venesuela prezidenti Nikolas Maduro özünü təqsirli bilmədiyini bəyan edib.
Modern.az xəbər verir ki, məhkəmə iclasında çıxış edən Maduro “mən günahsızam, təqsirli deyiləm, ləyaqətli bir insanam və hələ də ölkəmin prezidentiyəm” deyib.
O, ittiham aktını gördüyünü, lakin tam oxumadığını, sənədi vəkillə qismən müzakirə etdiyini bildirib. Hakim onun sözünü yarımçıq kəsib.
Hakim Alvin Hellerstein Madurodan sonra onun həyat yoldaşı Silia Floresə müraciət edib. Hakim Floresdən şəxsiyyətini təsdiqləməsini və vəkil tərəfindən təmsil olunduğunu açıqlamasını istəyib. Tərcüməçi vasitəsilə danışan Flores də özünü təqsirli bilmədiyini bildirib.
“Günahsızam, tamamilə günahsızam”, – deyə Maduronun həyat yoldaşı məhkəmədə bəyan edib.