Venesuela hakimiyyəti ABŞ-ın son hərəkətlərindən sonra səfərbərlik elan edib və fövqəladə tədbirlər tətbiq edib.
Modern.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Bazar ertəsi günü dərc edilən fərmana əsasən, ölkədə fövqəladə vəziyyət elan edilib və silahlı qüvvələrin səfərbər edilməsi tələb olunub. Neft sənayesində və bir sıra digər strateji əhəmiyyətli sənaye sahələrində çalışanlar üçün sözdə "hərbi rejim" yaradılıb.
Bundan əlavə, hakimiyyət orqanları polisə Venesuelada ABŞ əməliyyatlarını dəstəkləməkdə və ya asanlaşdırmaqda iştirak edən şəxslərin dərhal ölkə miqyasında axtarışa və həbsə alınmasını əmr edib.
Fərman şənbə günü qüvvəyə minib, lakin onun tam mətni yalnız 5 yanvarda dərc edilib. Bu fonda Karakasda Prezident Nikolas Maduroya dəstək və onun azadlığa buraxılması tələbləri ilə etirazlar keçirilib.