Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, Türkiyə dövlət başçısı bunu prezident kabinetinin iclasından sonra açıqlayıb.
O, Vaşinqton administrasiyası rəhbərinə Venesueladakı qeyri-sabitliyin qəbuledilməz olduğunu bildirib:
"Trampla telefon danışığında ölkəmiz üçün həssas məsələlərlə bağlı mövqeyimizi çatdırdıq. Vurğuladıq ki, Venesuela qeyri-sabitliyə cəlb olunmamalıdır", - deyə Ərdoğan qeyd edib.