Modern.az

Türkiyəyə məxsus gəmi Qara dənizdə saya oturub

Türkiyəyə məxsus gəmi Qara dənizdə saya oturub

6 Yanvar 2026, 10:40

Türkiyəyə məxsus gəmi Kerç boğazında saya oturub.

Modern.az-ın xəbərinə görə, bu barədə Dənizçilik Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, gəmidə 11 nəfərlik ekipaj olub.

Qeyd edilib ki, təxliyə prosesi təhlükəsiz şəkildə həyata keçirilib.

“Qara dənizdə Kerç boğazının cənubunda saya oturan Türkiyəyə məxsus “HAPPY ARAS” adlı gəmidəki 3-ü türk olmaqla 11 nəfərlik ekipajın hamısı koordinasiyalı və təhlükəsiz şəkildə gəmidən təxliyə edilib. Ekipaj üzvlərinin səhhəti yaxşıdır. Hadisə ilə bağlı vəziyyət izlənilir”,- məlumatda vurğulanıb.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır