Modern.az

İran hakimiyyətdən etirazları sakitləşdirmək üçün pul TƏKLİFİ

İran hakimiyyətdən etirazları sakitləşdirmək üçün pul TƏKLİFİ

Dünya

6 Yanvar 2026, 13:50

İran iqtisadi böhranın yaratdığı etirazlar fonunda vətəndaşlarına aylıq təxminən 7 dollar ödəniş təklif edir.

Modern.az xəbər verir ki, ölkənin əmək, sosial təminat və kooperasiya naziri Əli Rabiyə ödənişlərin təxminən 80 milyon insana çatacağını bildirib.

Hazırda İran iqtisadiyyatı sanksiyalardan və neft gəlirlərinin azalmasından əziyyət çəkir, valyuta dəyərinin yarıdan çoxunu itirib və orta illik inflyasiya 42,2%-ə çatıb.

Xatırladaq ki, proqram 78 şəhər və 222 qəsəbədə iştirakçıların Ali Lider Əli Xamenei rejiminin devrilməsini tələb etdiyi geniş etirazlar fonunda elan edilib. İnsan haqları fəallarının məlumatına görə, üçü uşaq olmaqla ən azı 20 nəfər öldürülüb, təxminən 1000 nəfər həbs olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır