Modern.az

Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü

Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü

Dünya

6 Yanvar 2026, 19:58

Marneuli bazarında baş verən silahlı insident zamanı yaralanan 27 yaşlı azərbaycanlı Sahib Bayramov xəstəxanada dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Hadisə zamanı güllə yarası alan ata Telman Bayramovun vəziyyəti stabil, lakin ağırdır.

Ata və oğulun güllələndikləri zərgərlik mağazasının sahibləri olduğu bildirilir.

Hadisənin motivi məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ