Modern.az

Ukraynada Britaniya və Fransanın hərbi bazaları tikiləcək

Ukraynada Britaniya və Fransanın hərbi bazaları tikiləcək

Dünya

7 Yanvar 2026, 00:46

Britaniya və Fransa atəşkəsdən sonra Ukrayna Silahlı Qüvvələrinin avadanlıq və silahları üçün bütün Ukrayna ərazisində hərbi bazalar və anbarlar quracaqlar.

Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib.

O əlavə edib ki, "könüllülər koalisiyası" Ukraynanın ehtiyacları üçün uzunmüddətli silah təminatı barədə razılığa gəlib.

Koalisiya Rusiyanın hücumu halında Ukraynanı dəstəkləmək üçün tədbirlər üzərində işləməyə davam edəcək.

Qeyd edək ki, Keir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski 6 yanvarda Ukrayna ərazisinə qoşunların yerləşdirilməsi ilə bağlı bəyannamə imzalayıblar. Yelisey Sarayının veb saytında dərc olunan sənəddə Ukraynanın havada, dənizdə və quruda qorunması tədbirləri yer alır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır