Modern.az

Venesuelada bir həftəlik matəm elan edildi

Venesuelada bir həftəlik matəm elan edildi

Dünya

7 Yanvar 2026, 08:35

Venesuelada həlak olanların xatirəsinə yeddi günlük matəm elan edilib.

Modern.az xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes VTV telekanalında çıxışı zamanı məlumat verib.

“Venesuelanı və Prezident Nikolas Maduronu müdafiə edərkən həyatlarını qurban verən gənc kişi və qadınların xatirəsinə yeddi günlük matəm elan etmək qərarına gəldim”, – deyə o bildirib.

Qeyd edək ki, Kuba hökuməti daha əvvəl ABŞ-ın keçirdiyi əməliyyat zamanı 32 kubalı zabitin həlak olduğunu açıqlamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır