İranda İsrailin kəşfiyyat və təhlükəsizlik xidməti olan Mossad-a casusluq etməkdə və həssas məlumatlar ötürməkdə ittiham olunan Əli Ərdəstani bu səhər edam edilib.
Modern.az xəbər verir ki, bu barədə İran KİV-I məlumat yayıb.
O, sosial media vasitəsilə Mossad-ın kəşfiyyat və terrorizmlə mübarizə xidməti tərəfindən ələ alınıb, ödənişlər və vədlər müqabilində Mossad üçün tapşırıqlar yerinə yetirib.
Mövcud sənədlərə, dəlillərə və təqsirləndirilən şəxsin açıq etiraflarına görə, Əli Ərdəstani Mossad zabitlərinin təlimatı ilə müəyyən yerlərin şəkillərini və hədəfə alınan şəxslər haqqında məlumatları xidmətlə paylaşıb və hər missiyadan sonra kriptovalyuta ilə ödəniş alıb.
Mossad zabitləri vasitəsilə o, İran daxilində müxtəlif yerlərdə müəyyən bir şəxslə üz-üzə görüşlər keçirib; topladığı məlumatları, çəkdiyi foto və videoları bu şəxsə çatdırıb və sonra yeni tapşırıqlar alıb.