İranın sonuncu şahının ABŞ-da məskunlaşmış oğlu Rza Pəhləvi İran silahlı və təhlükəsizlik qüvvələrinə müraciət edib.
Modern.az xəbər verir ki, Rza Pəhləvi müraciətini sosial şəbəkələr üzərindən yayıb.
“İran xalqını müdafiə etmək üçün hərbi forma geyinmiş sizlər indi tarixi bir seçimlə qarşılaşmısınız. İranın cəsur xalqının tarix yaratdığı bu günlərdə sizə sualım budur: tarixin hansı tərəfində dayanacaqsınız? Cinayətkarlarla, yoxsa xalqla?”, - deyə Rza Pəhləvi İran hüquq-mühafizə orqanları əməkdaşlarına müraciətində bildirib.
Onun sözlərinə görə, İranın korrupsiyalaşmış rejiminin süqut etməsi indi həmişəkindən daha yaxındır.
“Bu həlledici anlarda silahlarınızı insanlara atəş açmaq üçün deyil, onları qorumaq üçün istifadə etməyinizi gözləyirəm. Bunu etməklə, siz yalnız milli borcunuzu yerinə yetirməyəcək, həm də öz gələcəyinizi və ailələrinizin gələcəyini qoruyacaqsınız”, - Rza Pəhləvi vurğulayıb.
O deyib ki, İranın hüquq-mhüfizə orqanlarında və təhlükəsizlik qüvvələrində çalışanlar üçün xalqa qoşulmaq və batan gəmidən ayrılmaq üçün son şansdır:
“Xalqa zülm edənlərin və ona atəş açanların müəyyənləşdirilib cəzalandırılacağına əmin olun. İran xalqının yanında olanlar xalq ərəfindən hörmət və ehtiramla qarşılanacaqlar”.