ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş agenti, 1994-cü ildə SSRİ-yə casusluq etməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş Oldriç Eyms 84 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə "CBS News" Federal Təhqiqat Bürosuna (FTB) istinadən məluma yayıb.
Oldriç Eyms Merilend həbsxanasında ölüb.
O.Eyms SSRİ tərəfindən ələ alınmış ən təsirli Amerika kəşfiyyat agentlərindən biri hesab olunur. O, 1962-ci ildən etibarən MKİ-də işləyərək sovetlər istiqamətində ixtisaslaşıb. Sonralar - 1985-ci ildə könüllü olaraq Vaşinqtondakı SSSRİ səfirliyinə gedərək xidmətlərini təklif edib. Oldriç Eyms xidmətlərinə görə təxminən 2,5 milyon dollar alıb.
FTB onu yalnız 1993-cü ildə gizli araşdırma nəticəsində ifşa edə bilib. O.Eyms Moskvaya planlaşdırılan səfərindən bir neçə gün əvvəl saxlanılıb.
SSRİ və sonradan Rusiya kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyi bir neçə il ərzində O.Eyms “KQB” tərəfindən əməkdaşlığa cəlb edilmiş ən azı 10 xarici agentin adını, eləcə də MKİ-nin SSRİ-dəki gizli əməliyyatları ilə bağlı məxfi məlumatları açıqlayıb.
CNN-in məlumatına görə, Eymsin işi MKİ daxilində böyük dəyişikliklərə səbəb olub. Xüsusilə məxfi məlumatlara çıxışı olan insanların dairəsi daralıb. Bundan əlavə, işçilərin maddi vəziyyətinə, eləcə də onların beynəlxalq səyahətlərinə daha çox diqqət yetirilib.