Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə mümkün qədər tez bir zamanda söhbət etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, Makron bu barədə “France 2" televiziyasına müsahibəsində deyib.
"Hər şey tez bir zamanda təşkil olunmalıdır. Hazırda əlaqələr bərpa olunur və danışıq yaxın həftələrdə baş tutmalıdır", - deyə o bildirib.
Fransa prezidentinin sözlərinə görə, söhbətin mümkün qədər tez baş tutmasına çalışır.
Makron həmçinin Ukraynanın müdafiə səylərini qısa müddətdə dəstəkləməyə davam etməyin vacibliyini vurğulayıb.
O, əlavə edib ki, Moskva ilə Kiyev arasında sülh razılaşması Ukraynanın təslim olması demək deyil.