İraqdakı iranpərəst milislər etirazları yatırmaq üçün İrana qüvvələr göndərməyə başlayıblar.
Modern.az İran İnternational-a istinadən xəbər verir ki, artıq 800-dən artıq döyüşçü üç sərhəd keçid məntəqəsi keçib və İranın Əhvaz əyalətindəki hərbi bazada yerləşdirilib. Onların zəvvar qiyafəsində ölkəyə gətirildiyi bildirilir.
Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri İsmayıl Qaaninin Bağdada səfər etdiyi də məlumaylar arasındadır.
Xatırladaq ki. son məlumatlara görə, İrandakı kütləvi etirazlar zamanı azı 35 nəfər öldürülüb, 1200-dən çox insan yaralanıb.