Modern.az

ABŞ olmasa, Rusiya və Çin... - Tramp xəbərdarlıq etdi

ABŞ olmasa, Rusiya və Çin... - Tramp xəbərdarlıq etdi

Dünya

7 Yanvar 2026, 20:48

ABŞ olmasa, Rusiya və Çinin NATO-dan qəti qorxusu olmaz.

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. O, ABŞ-a həqiqətən lazım olarsa, NATO-nun onun yanında olacağına şübhə etdiyini bildirib. “Unutmayın ki, bütün böyük NATO dəstəkçiləri təşkilata ÜDM-in cəmi 2 faizini ayırırdılar və əksəriyyəti mən gələnə qədər bunu ödəmirdi. ABŞ onların pulunu ödəyirdi. Mən bu rəqəmi ÜDM-in 5 faizinə çatdırdım və onlar indi dərhal ödəyirlər”, - deyə Tramp əlavə edib.

O deyib ki, əgər birbaşa iştirakı olmasaydı, Rusiya indi bütün Ukraynaya sahib olardı: “NATO bizim yanımızda olmasa belə, biz həmişə onun yanında olacağıq. Çin və Rusiyanın qorxduğu və hörmət etdiyi yeganə dövlət Donald Tramp tərəfindən yenidən qurulmuş ABŞ-dır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır