Modern.az

Tehran alov içində - etirazlar silahlı toqquşmaya çevrilir - GÖRÜNTÜ

Tehran alov içində - etirazlar silahlı toqquşmaya çevrilir - GÖRÜNTÜ

Dünya

9 Yanvar 2026, 00:26

İranın bir sıra şəhərlərində etiraz aksiyaları davam edir. Sosial şəbəkələr və yerli teleqram kanalları toqquşmalar, yanğınlar və silah səsləri barədə məlumatlar yayımlayır. Lakin bu xəbərlər İranın rəsmi qurumları tərəfindən təsdiqlənməyib.

Modern.az-ın məlumatına görə, Tehran şəhərində etirazçılar təhlükəsizlik qüvvələrinə məxsus motosiklləri yandırıb. Paytaxtın bəzi rayonlarında isə İslam İnqilabı Keşikçiləri Korpusuna aid binaların od vurulub.

Bundan başqa, İsfahan şəhərində etirazçılar tərəfindən yerli telefon stansiyasının yandırıldığı bildirilir. Bu hadisələr fonunda ölkə üzrə telefon rabitəsi dayandırılıb.

Bu arada ABŞ rəsmilərindən də bəyanatlar səslənib. ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonun dinc etirazlarda iştirak edən və fikir azadlığını müdafiə edən insanları dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, ABŞ İran hakimiyyətinin nüvə proqramı ilə bağlı Vaşinqtonla real danışıqlara başlamalı olduğunu düşünür. Vens qeyd edib ki, ABŞ-ın növbəti addımları ölkə prezidenti tərəfindən müəyyən ediləcək və bu dəstək bütün dünyada, o cümlədən İran xalqının hüquqları uğrunda çıxış edənlərə şamil olunur.

Donald Tramp bildirib ki, əgər İran hakimiyyəti etirazçılara qarşı ölümcül zorakılığa əl atsa, ABŞ “sərt zərbə” endirəcək. Onun sözlərinə görə, ABŞ administrasiyası ölkədəki vəziyyəti diqqətlə izləyir.

Tramp etirazlar zamanı onlarla insanın həlak olması ilə bağlı yayılan məlumatları şərh edərkən, bəzi ölümlərin məqsədli güc tətbiqindən deyil, izdihamın idarə olunması zamanı yaranan sıxlıqdan qaynaqlana biləcəyini qeyd edib.

 

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır