Rusiya ordusu Ukrayna müdafiə sənayesini dəstəkləyən obyentlərə güclü zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 9 yanvara keçən gecəs Rusiya qüvvələri Ukraynadakı vacib hədəflərə qarşı quru və dəniz əsaslı yüksək dəqiqlikli uzun mənzilli silahlarla kütləvi hücuma keçib. Nazirlik bunu Ukrayna Silahlı Qüvvələrinin Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücuma cavab olaraq xarakterizə edib.
Hücumda "Oreşnik" orta mənzilli raket sistemlərindən istifadə olunub. Məlumata görə, Ukrayna müdafiə sənayesini dəstəkləyən dron istehsal müəssisələri və enerji infrastrukturuna zərbələr endirilib.
Rusiya Müdafiə Nazirliyi Kiyevin "terror aktlarının" gələcəkdə "cavabsız qalmayacağını" əmin edib.
Nazirlik hücumun məqsədlərinə nail olunduğunu bildirib.