Meksikada narkokartellərə qarşı xüsusi əməliyyatlar və quru əməliyyatlarının tezliklə başlayacaq.
Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə deyib.
Meksika hökuməti ilə bu cür əməliyyatlarla bağlı danışıqların təxminən bir ildir ki, davam etdiyini deyən Donald Tramp əməliyyatların Meksika Müdafiə Nazirliyi ilə birgə və ya onun dəstəyi ilə həyata keçiriləcəyini əlavə edib.