Modern.az

Tramp arzusuna çatdı - Nobel alacaq

Tramp arzusuna çatdı - Nobel alacaq

Dünya

9 Yanvar 2026, 13:13

Venesuela müxalifətinin lideri Maria Korina Maçado ötən il aldığı Nobel Sülk Mükafatını ABŞ prezidenti Trampa vermək istəyir.

Modern.az xəbər verir ki, bu barədə teleaparıcı Şon Hanniti Trampla müsahibəsi zamanı deyib. Hanniti Trampa bildirib ki, Maçado artıq mükafatı ona şəxsən təqdim etməyi planlaşdırır.


"O, Nobel Sülh Mükafatını qazanıb. Mükafatı qəbul edəndə onu sizə də həsr edib. O, bu həftə televiziya və radioda mənə ölkəsini azad etdiyinə görə sizə Nobel Sülh Mükafatını vermək istədiyini dedi. Onunla görüşməyi planlaşdırırsınızmı və sizə vermək istədiyi Nobel Mükafatını qəbul edərdinizmi?", - deyə jurnalisitin sualına Tramp özünəməxsus tərzdə cavab verib. O, Maçadonun mükafatını qəbul etməyə hazır olduğunu deyib.


"Mən başa düşdüyüm qədəri ilə gələn həftə o, ölkəmizə gələcək və mən onunla görüşməyi səbirsizliklə gözləyirəm. Eşitmişəm ki, o, mükafatını mənə vermək etmək istəyir. Bu, böyük şərəf olardı. Mən əslində səkkiz müharibəni dayandırmışam", - deyə Tramp xatırladıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır