Modern.az

Trampdan İrandakı etirazlara növbəti dəstək

Trampdan İrandakı etirazlara növbəti dəstək

Dünya

9 Yanvar 2026, 15:46

ABŞ prezidenti Donald Tramp İranda iqtisadi çətinliklər səbəbindən başlayan və hökumət əleyhinə nümayişlərə çevrilən etirazlar haqqında video paylaşıb.

Modern.az xəbər verir ki, Tramp İsrailin 13-cü Kanalı tərəfindən hazırlanan videonu özünün Truth sosial səhifəsində paylaşıb.

Videoya əlavə etdiyi şərhdə ABŞ prezidenti xəbər reportajında ​​istifadə olunan ifadəni təkrarlayıb.

Postda deyilir: "Bir milyondan çox insan etiraz edib: İranın ikinci ən böyük şəhəri etirazçıların nəzarəti altındadır və rejim qüvvələri geri çəkilib".

Videonun özündə deyilir ki, "İranın ikinci ən böyük şəhəri olan Məşhəddə etirazçıların sayı 1 milyonu keçib".

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır