Modern.az

Azərbaycan şirkətləri Ermənistanla danışıqlara başlayıb

Azərbaycan şirkətləri Ermənistanla danışıqlara başlayıb

Dünya

9 Yanvar 2026, 17:51

Ermənistan və Azərbaycan ticarət əlaqələrinin bərpası ilə bağlı danışıqlar aparılır.

Modern.az xəbər verir ki. bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan yerli KİV-ə bildirib.

"İrəvan və Bakı Ermənistandan Azərbaycana alüminium folqa, ferromolibden, mal-qara, konyak xammalı, tütün və tekstil ixracı imkanları ilə bağlı danışıqlar aparırlar", - o deyib.

Nazir erməni mallarının idxalına maraq göstərən Azərbaycan şirkətlərinin olduğunu da deyib. 

"Azərbaycan tərəfi onları maraqlandıran müəyyən məhsulların siyahısını təqdim etdi və biz ixrac edə biləcəyimiz miqdarları göndərdik. Siyahımıza həmçinin gül və istixana məhsulları, məsələn, pomidor və bibər daxildir", - Papoyan bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır