Modern.az

Fransada parlament seçkiləri keçiriləcək 

Fransada parlament seçkiləri keçiriləcək 

Dünya

10 Yanvar 2026, 00:29

Fransanın Baş naziri Sebastyan Lökornü mümkün siyasi böhran ssenarisini nəzərə alaraq, Daxili İşlər Nazirliyinə ehtimal olunan növbədənkənar parlament seçkilərinin bələdiyyə seçkiləri ilə eyni tarixlərdə – 15 və 22 martda – təşkilinə hazırlıq görülməsi barədə göstəriş verib.

 

Modern.az xəbər verir ki, bu barədə icra hakimiyyətindəki mənbəyə istinadla “franceinfo” məlumat yayıb və xəbər AFP-nin məlumatını təsdiqləyib.

 

Məlumata görə, hökumət hazırda həm ifrat sağçı Milli Birlik (Rassemblement National -RN), həm də “Əyilməz Fransa” (La France insoumise -LFI) partiyaları tərəfindən etimadsızlıq təhlükəsi ilə üz-üzədir. Belə bir etimad səsverməsinin qəbul edilməsi halında, Milli Assambleyanın buraxılması və ardınca növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmə gələ bilər.

 

Bu ssenari reallaşarsa, fransız seçicilər eyni vaxtda iki seçkidə – həm bələdiyyə, həm də parlament seçkilərində – səs verməli olacaqlar. Hökumət daxilindəki mənbələrə görə, Lökornü bu ehtimalı istisna etmir və seçki prosesinin texniki cəhətdən problemsiz təşkili üçün indidən hazırlıq aparılmasını istəyir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır