Modern.az

Vatikan ABŞ-dan xahiş edib: Maduro Rusiyaya getsin

Vatikan ABŞ-dan xahiş edib: Maduro Rusiyaya getsin

Dünya

10 Yanvar 2026, 10:29

Vatikanın dövlət katibi (hökumət başçısı) kardinal Pietro Parolin Vaşinqton administrasiyasına Venesuelaya qarşı mümkün hərbi əməliyyatın həyata keçirilməsinə tələsməməyi xahiş edib. Xahişin məqsədi respublikada vəziyyətin sabitliyinin pozulmasının və qan tökülməsinin qarşısını almaqdır.

Modern.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti bu gün məlumat yayıb.

Parolin dekabrın sonlarında ABŞ-ın Vatikandakı səfiri Brayan Berç ilə görüşərək Vaşinqtonun Venesuela ilə bağlı planları ilə maraqlanıb. Və ABŞ-nin hakimiyyət dəyişikliyi niyyəti olub-olmadığını aydınlaşdırmağa çalışıb. Kardinal ABŞ prezidenti Donald Tramp administrasiyasına Venesuela lideri Nikolas Maduronu ölkəni tərk etməyə razı salmaq üçün ona belə bir təklif irəli sürməyi və bu istiqamətdə səbirli davranmağı tövsiyə edib.

Parolin Maduronun Rusiyada sığınacaq ala biləcəyini də deyib.

Qeyd edək ki, Vatikan konfidensial danışıqların mediaya sızdırılmasından narazılıq ifadə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır