Modern.az

ABŞ Putini “Maduro üslubunda" tuta bilər? - Tramp CAVAB VERDİ

ABŞ Putini “Maduro üslubunda" tuta bilər? - Tramp CAVAB VERDİ

Dünya

10 Yanvar 2026, 11:31

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin "Venesuela üslubunda" tutulma ehtimalı ilə bağlı sualı cavablandırıb.

Modern.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin sualına cavabında Tramp belə bir addımın zəruri olduğuna inanmadığını bildirib.

"Düşünmürəm ki, bu, lazım olacaq. Bizim onunla həmişə əla münasibətlərimiz olub. Çox məyus oldum. Mən 8 müharibəni həll etmişəm. Düşünürdüm ki, Rusiya-Ukrayna münaqişəsi həlli ən asan müharibələrdən biri olacaq. Son bir ayda 31.000 insan itiriblər, onların çoxu rus əsgərləridir və Rusiya iqtisadiyyatı ağır vəziyyətdədir. Düşünürəm ki, nəhayət ki, bu məsələni həll edəcəyik", - deyə Donald Tramp qeyd edib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır