Modern.az

ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio

ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio

Dünya

10 Yanvar 2026, 13:46

ABŞ dövlət katibi Marko Rubio İranda hökumət əleyhinə etirazlar fonunda Vaşinqtonun İran xalqını dəstəklədiyini bildirib.

Modern.az xəbər verir ki, dövlət katibi bu barədə X hesabı üzərindən paylaşımında bildirib.

"Etirazlar ölkədəki ağır iqtisadi vəziyyətin təsiri ilə alovlanıb. Birləşmiş Ştatlar İranın cəsur xalqını dəstəkləyir”, – deyə Marko Rubio yazıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Tehranı təhlükəsizlik qüvvələrinin etirazçılara güc tətbiq edəcəyi təqdirdə İrana qarşı hücumla hədələyib. İranın ali dini lideri Ayətullah Əli Xamenei isə Trampa “öz ölkəsinə diqqət yetirməyi” tövsiyə edib və etirazların qızışdırılmasında ABŞ-ı günahlandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandakı Rus diplomatlar vuruldu - Pezeşkiandan Putinə TƏCİLİ