Modern.az

İranda SEPAH generalının oğlu öldürülüb

İranda SEPAH generalının oğlu öldürülüb

Dünya

10 Yanvar 2026, 17:32

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Nurəli Şüştərinin oğlu Fərəcullah Şüştəri Məşhəd şəhərində silahlı etirazçılar tərəfindən sui-qəsd cəhdi nəticəsində öldürülüb.

Modern.az xəbər verir ki, bu barədə SEPAH-la əlaqəli olan "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Agentlik Şüştərinin ölümünün təfərrüatlarını açıqlamayıb. İddia olunur ki, o, şiələrin müqəddəs şəhəri olan Məşhəddə tanınmış ictimai xadim olub.

Atası general Nurəli Şüştəri SEPAH Quru Qoşunlarının komandir müavini vəzifəsində çalışıb və İranın cənub-şərqində SEPAH Quru Qoşunlarının Qüds bazasına komandanlıq edib. O, 2009-cu ildə terror hücumunda həlak olub.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır