İranda davam edən etirazlar fonunda qadınlar yeni aksiya başladıb.
Modern.az xəbər verir ki, iranlı qadınlar küçələrdə ölkənin Ali dini lideri Seyid Əli Xameneinin fotosuna od vurur, daha sonra onunla siqaret yandırırlar.
Onlar fotolarını sosial şəbəkədə paylaşıblar.
Son günlər sosial mediada geniş yayılan bu görüntülər yeni etiraz dalğasının simvoluna çevrilib.


