Modern.az

Zəlzələdən sonra Şamaxı

Zəlzələdən sonra Şamaxı

Dünya

10 Yanvar 2026, 21:43

Bu gün Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində hər hansı dağıntı və ya digər fəsad qeydə alınmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova məlumat verib.

 

Onun sözlərinə görə, yeraltı təkanlardan dərhal sonra müvafiq yerlərlə əlaqə saxlanılıb, hazırkı vaxta qədər hər hansı fəsad barədə məlumat daxil olmayıb.

 

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ bu gün yerli vaxtla saat 18:55-də qeydə alınıb. 3,8 maqnitudalı zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib. (Mənbə: Azərtac)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV