İranda davam edən etirazlar fonunda ABŞ prezidenti Donald Trump administrasiyasında “zərurət yaranacağı təqdirdə” İran İslam Respublikasına qarşı hərbi zərbələrin endirilməsi variantlarının müzakirə edilir
Modern.az xəbər verir, bu barədə The Wall Street Journal qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, müzakirələr ilkin xarakter daşıyıb və konkret qərar mərhələsinə keçməyib. Müzakirə olunan ideyalar sırasında İranın bir sıra hərbi obyektlərinə qarşı genişmiqyaslı hava əməliyyatı variantı da yer alıb. Lakin qəzetin mənbələri bildiriblər ki, Tramp administrasiyası daxilində bu addımın məqsədəuyğunluğu ilə bağlı ortaq mövqe formalaşmayıb və razılıq əldə olunmayıb.
Mənbələrin sözlərinə görə, hazırkı mərhələdə İran üçün dərhal hərbi hücum təhlükəsi mövcud deyil. ABŞ-ın İranla bağlı konkret fəaliyyət kursu hələ razılaşdırılmayıb, hərbi texnika və şəxsi heyət də mümkün zərbəyə hazırlıq məqsədilə bölgəyə yerləşdirilməyib.
Xatırladaq ki, bundan əvvəl Amerika Birləşmiş Ştatları prezidenti jurnalistlərin suallarını cavablandırarkən, İran etirazçılarının mümkün ölümü halında Vaşinqtonun İran rəhbərliyinə qarşı “güclü zərbə” endirə biləcəyini istisna etməmişdi.