Modern.az

ABŞ ordusu hücuma başladı

ABŞ ordusu hücuma başladı

Dünya

11 Yanvar 2026, 00:20

ABŞ Silahlı Qüvvələrinin Suriyada İŞİD mövqelərinə qarşı zərbələr endirməyə başlayıb.

Modern.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı mənbələrə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, endirilən zərbələr dekabr ayında iki ABŞ hərbçisi və bir tərcüməçinin öldürülməsinə cavab xarakteri daşıyır.

Mənbələr bu hücumları “cavab zərbəsi” kimi qiymətləndiriblər.

Məlumatda qeyd olunur ki, əməliyyatlar İŞİD-in Suriyadakı mövqelərini hədəf alıb. Hadisələrlə bağlı Amerika Birləşmiş Ştatları və Suriya rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır