Modern.az

Etirazlarda İranın 8 xüsusi təyinatlısı öldürülüb

Etirazlarda İranın 8 xüsusi təyinatlısı öldürülüb

Dünya

11 Yanvar 2026, 13:54

İranda baş verən iğtişaşlar nəticəsində Hüquq-Mühafizə Orqanları Komandanlığının xüsusi bölmələrinin səkkiz hərbçisi həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Hüquq-Mühafizə Orqanları Komandanlıq məlumat yayıb.

 

Bildirilib ki, ölümlər yanvarın 8 və 9-da qeydə alınıb. "Hərbçilər atəş açan və hüquq-mühafizə orqanlarının əməkdaşlarını müxtəlif silahlarla döyən qiyamçıların hücumu nəticəsində həlak olublar" , - məlumatda bildirilib.

 

Məlumata görə, silahlı insident yaradan terrorçulardan 200-ü həbs olunub, iğtişaş iştirakçılarının sığınacaqlarından xeyli miqdarda döyüş sursatı, silah, qumbara və Molotov kokteylləri müsadirə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır