ABŞ prezidenti Donald Tramp Venesuela və Kuba ilə bağlı sərt açıqlama verib.
Modern.az-ın məlumatına görə, Tramp sosial şəbəkədə paylaşdığı bəyanatda bildirib ki, Kuba uzun illər Venesueladan neft və maliyyə dəstəyi alaraq bunun əvəzində Venesuela rəhbərliyini qoruyub, lakin bu dövr artıq başa çatıb.
Trampın sözlərinə görə, Venesuela prezidenti Nikolas Maduronu qoruyan kubalı qüvvələrin əksəriyyəti ABŞ-ın ötən həftə həyata keçirdiyi zərbə nəticəsində məhv edilib. O vurğulayıb ki, Venesuelanın artıq “ölkəni illərlə girov saxlayan quldurların və reketlərin” müdafiəsinə ehtiyacı yoxdur.
ABŞ prezidenti qeyd edib ki, bundan sonra Venesuelanı dünyanın ən güclü ordusuna sahib olan Amerika Birləşmiş Ştatları qoruyacaq. Tramp əlavə edib ki, Kubaya nə neft, nə də pul axını davam edəcək və bu göstərici “sıfır” olacaq.
Bəyanatında Tramp Kubaya açıq xəbərdarlıq edərək, “çox gec olmadan razılaşmaya getməyi” tövsiyə edib.