İŞİD terror təşkilatının şəbəkəsi Türkiyənin 24 bölgəsini əhatə edib.
Modern.az xəbər verir ki, bu barədə "Bir Gün" qəzeti ölkənin Yalova vilayətində keçirilmiş antiterror əməliyyatında həbs olunanların işi üzrə prokurorun ittiham aktına istinadən məlumat yayıb.
İttiham aktında deyilir ki, Türkiyədəki İŞİD şəbəkəsi ümumilikdə 97 birlik və qurumundan ibarətdir.
Xatırladaq ki, Yeni il öncəsi təhlükəsizlik qüvvələri Türkiyədə İŞİD-ə qarşı əməliyyatlar keçirərək 500-dən çox şəxsi saxlayıb. Təkcə İstanbulda təxminən 150 İŞİD şübhəlisi saxlanılıb və onlardan 30-dan çoxu deportasiya edilib.
Dekabrın 29-da Yalovada keçirilən antiterror əməliyyatı zamanı üç polis əməkdaşı öldürülüb, səkkizi yaralanıb.