Modern.az

Türkiyədə FETÖ əməliyyatı - 81 nəfər saxlanıldı

Türkiyədə FETÖ əməliyyatı - 81 nəfər saxlanıldı

Dünya

12 Yanvar 2026, 10:08

Bu gün səhər İstanbul, Ankara, İzmir, Diyarbəkir və Balıkesir mərkəzli ərazilərdə FETÖ ilə mübarizə çərçivəsində aparılan əməliyyat nəticəsində 81 nəfər saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.

O qeyd edib ki, saxlanılanlar arasında fəaliyyətdə olan dövlət qulluqçuları da var.

"Millətimizin birlik və həmrəyliyinə, dövlətimizin bütövlüyünə, vətəndaşlarımızın rifahına qəsd edənlərə qarşı mübarizəmizi qətiyyətlə davam etdiririk. Bu əməliyyatda əməyi keçən hər kəsi təbrik edirəm", - deyə nazir vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır