Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili məhkəmə zalındaca həbs edilərək Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.
Modern.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda sabiq hökumət başçısı xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı üzrə təqsirli bilinib.
Məlumata görə, məhkəmənin hökmü elan olunduqdan dərhal sonra İrakli Qaribaşvili ciddi mühafizə altında Rustavidə yerləşən və 12 saylı həbsxanaya aparılıb.