Modern.az

Rusiyada 5.6 bal gücündə ZƏLZƏLƏ

Rusiyada 5.6 bal gücündə ZƏLZƏLƏ

Dünya

13 Yanvar 2026, 08:47

Seysmoloqlar Kuril adaları yaxınlığında 5,6 maqnitudada zəlzələ qeydə alıblar.

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyası məlumat verib.

Təbiət hadisəsi hiss olunub.

Zəlzələ Saxalin vaxtı ilə saat 11:34-də (Bakı vaxtı ilə saat 04:34) qeydə alınıb. Zəlzələ ocağı dəniz dibinin 49 kilometr dərinliyində, episentri isə Severo-Kurilsk şəhərindən 194 kilometr cənubda yerləşib.

Yeraltı təkanların Severo-Kurilskdə 2 maqnitudada hiss olunduğu güman edilir.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır