Ermənistan 2026-2028-ci illər proqramı çərçivəsində müdafiə sənayesinin inkişafına 150 milyard dram (təxminən 400 milyon dollar) ayıracaq.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.
Hərbi texnika tədarükü bazarının şaxələndirilməsinin vacibliyini qeyd edən nazir yerli istehsalın inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, 2022-ci ildə yerli şirkətlərlə 5,5 milyard dram dəyərində müqavilələr imzalansa da, hazırkı rəqəm 170 milyard dramdır və məhsulların əksəriyyəti artıq orduya çatdırılıb.