Modern.az

Doğum evində 9 körpə öldü - Araşdırma aparılır

Doğum evində 9 körpə öldü - Araşdırma aparılır

Dünya

13 Yanvar 2026, 12:44

Rusiyanın Novokuznetsk şəhərində doğum evi bağlanıb.

Modern.az Telegram kanallarına istinadən xəbər verir ki, Yeni il tətili zamanı orada 9 körpə ölüb. Faktla bağlı İstintaq Komitəsi araşdırmalar aparır.

Kemerovo vilayəti üzrə İstintaq Komitəsi doğum evi rəsmilərinin səhlənkarlığı ilə bağlı məlumat üzrə istintaqdan əvvəl yoxlama aparır (Cinayət Məcəlləsinin 293-cü maddəsi). Müəssisə həmçinin Rospotrebnadzor və Kuzbass Səhiyyə Nazirliyi tərəfindən də araşdırılır.

NGS42 qeyd edir ki, Novokuznetskdə yalnız iki doğum xəstəxanası var və hazırda 500.000 əhalisi olan bir şəhər üçün yalnız bir müəssisə və perinatal mərkəz qalıb.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır