Modern.az

Oktay Kaynarca sərbəst buraxıldı - YENİLƏNİB

Oktay Kaynarca sərbəst buraxıldı - YENİLƏNİB

Dünya

13 Yanvar 2026, 19:42

Türkiyəli tanınmış aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb.

Modern.az xəbər verir ki, onlar məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində səhər saatlarında saxlanılıblar.

Qeyd edək ki, aktyor saxlanılması ilə bağlı qısa açıqlama verərək, uzun illərdir narkotiklə mübarizə apardığını və bu cür əməliyyatları dəstəklədiyini bildirib.

***

13:00

Türkiyəli tanınmış aktyor Oktay Kaynarca saxlanılıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Türkiyədə tanınmış şəxslərə qarşı aparılan “Narkotik işi” çərçivəsində saxlanılıb.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində O.Kaynarca ilə yanaşı, 5 nəfər də saxlanılıb. 

Onlar arasında müğənni Emel Müftüoğlu da var. Neda Şahin, Ali Sert, Rabi Karataş və Selen Çetinkaya da saxlanılanlar sırasındadır. 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ