NATO Türkiyədən Baltikyanı ölkələr üçün kömək istəyib.
Modern.az Bloomberg-ə istinadən xəbər verir ki, alyans Estoniyanın hava məkanını 2026-cı ilin avqust ayından dekabr ayına qədər patrul etməsi üçün Türkiyədən F-16 qırıcı təyyarələrini bölgəyə yerləşdirməsini istəyib.
Bu istək Rusiyanın Estoniyanın hava məkanını pozmasından sonra alyansın müdafiəsini gücləndirməsi niyyəti ilə bağlıdır.
Hələlik Ankara bu istəyə cavab verməyib.