Modern.az

İran rejimi son günlərini yaşayır - Merts

İran rejimi son günlərini yaşayır - Merts

Dünya

13 Yanvar 2026, 15:27

Kütləvi etirazların qəddarcasına yatırılması səbəbindən İran hökuməti yaxın günlərdə süquta uğrayacaq.

Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts öz sosial media səhifəsində bildirib. Merts İran rəhbərliyini əhalini təhdid etməyə son qoymağa çağırıb. O, hakimiyyətin son həftələrini, bəlkə də son günlərini yaşadığını əlavə edib.

"Rejimin öz xalqına qarşı zorakılığı gücün deyil, zəifliyin əlamətidir. Bu, dərhal dayandırılmalıdır. Bunu vurğulamaq üçün biz əlavə Avropa Birliyinin sanksiyaları üzərində işləyirik", - o deyib.

Xatırladaq ki, ötən ilin 29 dekabrından İranda kütləvi etirazlar davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır