Modern.az

Ermənistanın 30 hərbçi ölüb

Ermənistanın 30 hərbçi ölüb

Dünya

13 Yanvar 2026, 16:05

2025-ci ildə Ermənistan Silahlı Qüvvələri sıralarında 30 hərbçi həlak olub.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan 13 yanvarda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölümlərin 6-sı ildırım və elektrik cərəyanı vurması, 2-si intihar və ya intihara təhrik, 2-si isə sağlamlıq səbəblərindən baş verib. Qalan 24 nəfər isə hərbi xidmətlə əlaqəsiz səbəblərdən - yol-nəqliyyat qəzaları, məişət xəstəlikləri səbəbindən ölüb.

Nazir deyib ki, 2024-cü illə müqayisədə hərbçi ölümlərinin sayı 40 faiz azalıb.

S.Papikyan həmçinin bildirib ki, 2025-ci ildə nizamnamədənkənar hadisələr nəticəsində qətl hadisəsi qeydə alınmayıb. Əvvəlki illərdə iəs bu cür hallar çox olub

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır