Modern.az

İrandakı etirazlara görə neft də bahalaşdı

İrandakı etirazlara görə neft də bahalaşdı

Dünya

13 Yanvar 2026, 21:35

İranla bağlı mümkün tədarük pozuntuları və geosiyasi risklərin artması fonunda dünya bazarlarında neftin qiyməti təxminən 3 faiz yüksəlib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, "Brent" markalı neftin fyuçersləri 1,88 dollar və ya 2,9 faiz artaraq bir barel üçün 65,75 dollara çatıb. Bu göstərici son üç ayın ən yüksək səviyyələrindən biri hesab olunur. ABŞ-ın WTI markalı xam nefti isə 1,79 dollar və ya təxminən 3 faiz bahalaşaraq 61,29 dollar səviyyəsində ticarət olunub.

Qeyd edilir ki, İran OPEK-in əsas neft istehsalçılarından biridir və ölkədəki qeyri-sabitlik bazarlarda ciddi narahatlıq yaradır. ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, İranla ticarət aparan istənilən ölkə ABŞ-la olan bütün kommersiya əməliyyatları üzrə 25 faizlik tariflə üzləşəcək. Tramp eyni zamanda hərbi addımların mümkünlüyünü də istisna etməyib.

"PVM Oil Associates" şirkətinin analitiki Con Evans bildirib ki, neft bazarı geosiyasi amillərə qarşı müəyyən “qiymət qoruması” formalaşdırır. Onun sözlərinə görə, İran ixracının bazardan kənarlaşdırılması ehtimalı, Venesuela ətrafında problemlər, Rusiya–Ukrayna müharibəsi ilə bağlı danışıqlar və Qrenlandiya ətrafında gərginlik qiymətlərə təsir göstərən əsas amillərdir.

"Barclays" bankı isə qeyd edib ki, İranda davam edən iğtişaşlar neftin qiymətinə bir barel üçün 3–4 dollar həcmində geosiyasi risk əlavəsi qazandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır