ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ötən həftəsonu İranın şah sülaləsinin nümayəndəsi şahzadə Rza Pəhləvi ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə "Axios" portalı yüksəkvəzifəli ABŞ-li məmura istinadən xəbər verir.
Qeyd olunur ki, onların danışıqlarının mövzusu İslam Respublikasında hökumət əleyhinə etirazların eskalasiyası olub.
Söhbətin məzmunu məxfi olaraq qalır, lakin bu səviyyədəki görüş faktı Vaşinqtonun İrandakı vəziyyətə təsir göstərmək üçün alternativ yollar, o cümlədən köhnə elita nümayəndələrinin hakimiyyətə qayıtması ehtimalını axtardığını göstərə bilər.
Xatırladaq ki, Rza Pəhləvi 1979-cu ildə İslam inqilabı zamanı devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin oğludur.