Modern.az

İsraildə güclü zəlzələ 

İsraildə güclü zəlzələ 

Dünya

15 Yanvar 2026, 12:00

İsrailin cənubunda güclü zəlzələ olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, Rixter cədvəli ilə 4,2 bal gücündə olan zəlzələnin episentri Dimona şəhəri yaxınlığında yerləşib.

Seysmik hadisə ilə əlaqədar İsrailin Daxili Cəbhə Kommandanlığı Ölü dənizi bölgəsində və Negev səhrasının cənubundakı yaşayış məntəqələrində zəlzələ xəbərdarlığı elan edib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır