Modern.az

ABŞ-ın Azərbaycandakı səfirliyi təcili xəbərdarlıq etdi: İrandan çıxın!

ABŞ-ın Azərbaycandakı səfirliyi təcili xəbərdarlıq etdi: İrandan çıxın!

Dünya

15 Yanvar 2026, 12:20

ABŞ-ın Azərbaycandakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb.

Modern.az xəbər verir ki, səfirlik ABŞ vətəndaşlarını İranı mümkün qədər tez tərk etməyə çağırıb:

“ABŞ vətəndaşları artıq İranı tərk etməlidirlər. Əgər təhlükəsizdirsə, Türkiyə və ya Ermənistana yola düşməyi düşünün".

Bəyanatda həmçinin bildirilir ki, İrandan Azərbaycan vasitəsilə getmək istəyən ABŞ vətəndaşları mümkün sərhəd məhdudiyyətlərini nəzərdən keçirməlidirlər. Səfirlik xatırladır ki, yüksək gərginlik dövründə, 2025-ci ilin iyun ayında İran və İsrail arasındakı münaqişə zamanı ABŞ vətəndaşlarının İrandan Azərbaycana girişi məhdudlaşdırılıb.

"ABŞ vətəndaşları İrandan çıxış üçün alternativ yolları nəzərdən keçirməlidirlər", - bəyanatda vurğulanıb.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır