Modern.az

ABŞ səfirliyindən “viza açıqlaması”: hamıya aid deyil

ABŞ səfirliyindən “viza açıqlaması”: hamıya aid deyil

Dünya

15 Yanvar 2026, 14:16

“Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik. Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir”.

Modern.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Azərbaycandakı səfirliyi çıxış edib.

Səfirlik bəyan edib ki, sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir.

“ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, - açıqlamada vurğulanıb.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün viza müraciətlərinin qəbulunu müvəqqəti olaraq dayandırır. Qərar 21 yanvar tarixindən qüvvəyə minəcək, məhdudiyyətlərin nə vaxta qədər davam edəcəyi hələlik açıqlanmayıb. Qərar Rusiyadan İrana, Braziliyadan Somaliyə qədər geniş coğrafiyanı əhatə edir. Siyahıya həmçinin Azərbaycan da daxil edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır