ABŞ Venesuela neftinin ilk partiyasını satıb.
Modern.az xəbər verir ki, ABŞ 500 milyon dollar dəyərində Venesuela neftinin ilk satışını başa çatdırıb. Mənbə əlavə edib ki, yaxın günlərdə və həftələrdə daha oxşar sövdələşmələr gözlənilir.
Neftin alıcısının kimliyi dəqiqləşdirilməyib.
Xatırladaq ki, Venesuelaya hücumdan və Prezident Nikolas Maduronun həbsindən sonra Donald Tramp Venesuelanın müvəqqəti hakimiyyətinin ABŞ-a 30-50 milyon barel sanksiyalı neft köçürəcəyini açıqladı. Tramp bildirib ki, "Bu neft bazar qiymətinə satılacaq və mən, Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi, bu pulun Venesuela və ABŞ xalqlarının xeyrinə istifadə olunmasını təmin etmək üçün nəzarət edəcəyəm".
ABŞ mediasının məlumatına görə, Tramp və onun müşavirləri Venesuelanın neft sənayesi üzərində gələcək illər üçün nəzarəti ələ keçirmək üçün genişmiqyaslı plan hazırlayırlar.