Modern.az

Netanyahu Trampdan İrana hücumu təxirə salmağı xahiş edibmiş

Netanyahu Trampdan İrana hücumu təxirə salmağı xahiş edibmiş

Dünya

16 Yanvar 2026, 00:10

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa müraciət edərək İrana hücumla bağlı istənilən planı təxirə salmağı xahiş edib.

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzetinin məlumat yayıb.

Məlumata əsasən, Netanyahu yanvarın 14-də Tramp ilə telefon danışığı aparıb.

Qəzetin ehtimalına görə, Trampın elə həmin gün "çox mühüm mənbələrdən" İranda gərginliyin azaldığı barədə məlumat alması ilə bağlı səsləndirdiyi iddia onun İslam Respublikasına qarşı potensial hücumdan imtina etdiyinə işarə edirdi.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır