Modern.az

Aİ İrana qarşı sanksiyaları sərtləşdirir: SEPAH terrorçu elan ediləcək?

Aİ İrana qarşı sanksiyaları sərtləşdirir: SEPAH terrorçu elan ediləcək?

Dünya

16 Yanvar 2026, 12:20

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri 29 yanvarda Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcəklər.

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri iki avropalı diplomata istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, təklif olunan siyahıya insan haqlarının pozulmasına görə Aİ sanksiyaları rejimi çərçivəsində 21 maddə daxildir. Bundan əlavə, Avropa Xarici Fəaliyyət Xidməti dron istehsalı ilə bağlı 10 maddə əlavə etməyi təklif edir.

"Politico"nun məlumatına görə, Almaniya, Fransa və Niderland Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsini ən çox dəstəkləyən dövlətlərdir.

Məlumatda o da bildirlib ki, Aİ Roma, Paris və Madridin müqavimətinə görə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq niyyətində deyil.

Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Aİ İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsini istisna etmir.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır