Modern.az

Ərdoğanın varisi dörd nəfərdən biri olacaq - İDDİA

Ərdoğanın varisi dörd nəfərdən biri olacaq - İDDİA

Dünya

16 Yanvar 2026, 12:44

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın varisi oğlu Bilal Ərdoğan, kürəkəni Səlcuq Bayraktar, xarici işlər naziri Hakan Fidan və ya keçmiş daxili işlər naziri Süleyman Soylu ola bilər.

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "The Economist" jurnalı yazıb.

Nəşrə müsahibə verən siyasi ekspertlər qeyd ediblər ki, Hakan Fidan Türkiyə liderinin varisi olmaq üçün daha çox şansa malikdir. Onların fikrincə, Hakan Fidan Türkiyənin xarici işlər naziri olmazdan əvvəl 10 ildən çox ölkənin kəşfiyyat xidmətinə rəhbərlik edib, dövlət idarəçiliyində daha təcrübəlidir.

Hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) "B planı yoxdur" deyərək hazırkı prezidentin dəyişdirilməsi məsələsini müzakirə etməkdən imtina edib.

Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçrilməlidir. Bəzi siyasi ekspertlər növbədənkənar prezident seçkilərini də mümkün sayırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır